DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şamaxı rayon sakini Cəlil Rəhimov müraciətinə obyektiv baxıldığına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Ağsu rayon sakini Mehriban Həsənova müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Şamaxı rayon sakini İldırım Elyazov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına görə, Şamaxı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Qax şəhər sakini Həmid Hümmətov ona məxsus obyektdən oğurluq edən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunmasına görə, Qax RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Rüstəm Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Oğuz rayon sakini Seymur Umarov müraciətinin müsbət həll olunmasına görə, Oğuz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Sevil Bədəlova DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Rəhimə Əsgərova DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Facebook” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına və qısa müddət ərzində həll olunduğuna görə DİN rəhbərliyinə və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elyar İslamoğlu “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı posta abituriyentlərin imtahan verdiyi binaların təhlükəsizliyini yüksək səviyyədə qoruyan, həmçinin abituriyentlərin rahat şəkildə imtahan verə bilməsi üçün ictimai asayişin qorunmasında xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir.